“Seçkilərin keçirilməsini Ukrayna xalqı istəmir” – Zelenski
Münhen Konfransında çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkiləri ilə bağlı mövzuya toxunub.
Tacxeber.com UNİAN-a istinadən xəbər verir ki, prezident seçkilər barədə danışmağa hazır olduğunu, lakin ukraynalıların bunu istəmədiyini bildirib.
“Diqqətimi ölkənin sağ qalmasına yönəldirəm. Prezidentlik vaxtının yarısı COVID-19-a, digər yarısı isə Putinə sərf olunub. Mən seçkilər haqqında danışmağa hazıram, amma ukraynalılar bunu istəmir”, – deyən Zelenski vurğulayıb ki, hazırda ölkə daxilində birliyi qoruyub saxlamaq vacibdir.