Şimali Koreyadan ABŞ-a XƏBƏRDARLIQ – “Hərbi təhdidlərdən əl çəkməsə…”
“Amerika Birləşmiş Ştatları təhlükəsizliyini yalnız o halda təmin edə bilər ki, digər ölkələrə qarşı hərbi təhdidlərdən və düşmənçilik siyasətindən əl çəksin”.
Tacxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Demokratik Respublikasınının Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
“Əgər Birləşmiş Ştatlar həqiqətən öz ərazisinin təhlükəsizliyi ilə bağlı narahatlıq hiss edirsə, onu yüngülləşdirməyin yeganə yolu hərbi təhdidlərdən və müstəqil suveren dövlətlərə qarşı düşmənçilik siyasətindən ardıcıl olaraq əl çəkməkdir”.
Məlumatda qeyd olunub ki, KXDR silahlı qüvvələrinin potensialının artırılması bütün cari və gələcək təhdidlərin qarşısını almağa imkan verir: