Zelenskiyə Ukrayna dilində danışmağa icazə verilmədi – Video
Ukrayna Prezidenti Volodimir Zelenskiyə Münxen Təhlükəsizlik Konfransı zamanı Ukrayna dilində danışmağa icazə verilməyib.
Tacxeber.com xəbər verir ki, Ukrayna lideri konfransda öz ölkəsinin dilində danışmaq istəsə də, buna imkan verməyiblər.
“Mən Ukrayna dilində danışa bilərəm?”, – deyə soruşan Zelenskiyə konfransın moderatoru sürətli şəkildə “Xeyr”, – deyə cavab verib.
Sürətli rədd cavabından sonra, zalda gülüş səsləri eşidilib. (qafqazinfo)
Sözügedən görüntüləri təqdim edirik: