Bizim ən böyük düşmənimiz Putin Rusiyasıdır – Berbok
Almaniyanın xarici işlər naziri Annalena Berbok Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, ölkənin ən böyük düşmənini açıqlayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti məlumat yayıb.
Məlumata görə, Berbok ABŞ vitse-prezidenti Ceyms Vensin bəyanatına cavab olaraq deyib:
“Bizim ən böyük düşmənimiz Putin Rusiyasıdır. Çünki o, Avropada sülhə müharibə elan edib”.
Berbok əlavə edib ki, siyasətçi kimi o, Avropa demokratiyasını xarici və daxili düşmənlərdən qorumaq vədini verib. Onun fikrincə, Avropada əminamanlıq olmadan uzunmüddətli qlobal sülh ola bilməz.