• 19 Fevral 2025 23:24

Bu gün “Neftçi” – “Qarabağ” oyunu baş tutacaq.

“Neftçi Arena”da turun mərkəzi oyunu

 

Misli Premyer Liqasında 23-cü tur davam edir. 

 

Bu gün turun mərkəzi oyununda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək.

 

Hazırda Ağdam klubu 53 xalla çempionatın vahid lideridir. “Neftçi” isə 24 xalla altıncı pillədə qərarlaşıb.

2025-ci ilə uğursuz start verən “Qarabağ” son turda “Səbail”i darmadağın edib. “Ağ-qaralar” isə mövsümdə ilk dəfədir kubok da nəzərə alınmaqla ardıcıl 3 görüşdə qələbə qazanıb. “Neftçi”nin uğurlu seriyasını ağdamlılarla matçda da davam etdirib-etdirməyəcəyi maraqla gözlənilir.

 

Son illər olduğu kimi, cari mövsümdə də Qurban Qurbanovun komandasının əzəli rəqib önündə aşkar üstünlüyü var. Mövsümün birinci hissəsində bu iki komanda arasında keçirilən görüşlərdə “Qarabağ” 4:0 və 3:0 hesabı ilə qələbə qazanıb.

 

Misli Premyer Liqası

3-cü dövrə, 23-cü tur

16 fevral 

 

19:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”

 

16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu

 

17 fevral 

16:00. “Kəpəz” – “Şamaxı”

19:00. “Səbail” – “Sabah”

 

15 fevral 

“Sumqayıt” – “Zirə” – 0:3

Bombardirlər:

Leandro Anderade (“Qarabağ”) – 9 qol

Coy-Lens Mikels (“Sabah”) – 8 qol

Felipe Santos (“Araz Naxçıvan”) – 8 qol

Davit Volkov (“Zirə”) – 8 qol

Salifu Suma (“Zirə”) – 8 qol

Cesse Sekidika (“Sabah”) – 8 qol

Pavol Şafranko (“Sabah”) – 7 qol   (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər