Hüseynbala Mirələmovun oğlu bələdiyyə üzvü seçildi
Milli Məclisin keçmiş deputatı, yazıçı, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmov Yasamal Bələdiyyəsinin üzvü seçilib.
Tacxeber.com xəbər verir ki, o, səsvermədə 21621 seçicinin səsini qazanıb.
F.Mirələmov bu göstərici ilə Yasamal Bələdiyyəsi üzrə beşinci yeri tutub.
Keçmiş deputatın övladının namizədliyini hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
F.Mirələmov əvvəllər daxili işlər orqanlarında çalışıb. O, nazirliyin Baş İstintaq İdarəsinin müstəntiqi olub. Hazırda təqaüddədir.