Medinaya qırmızı vərəqə – Qurbanov əsəbiləşdi – FOTO
Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilən “Neftçi” – “Qarabağ” matçında qonaqların futbolçusu Kevin Medina qırmızı vərəqə alıb.
Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, meydan sahiblərinin hücumçusu Ağadadaş Salyanskiyə qarşı kobud oynayan Medina 22-ci dəqiqədə meydandan qovulub.
Ağdamlıların baş məşqçisi Qurban Qurbanov kolumbiyalı müdafiəçinin etdiyi hərəkətə əsəbi şəkildə reaksiya verib. Təcrübəli mütəxəssisin reaksiyası müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə başa çatıb. Komandalar qolsuz bərabərliklə fasiləyə yollanıblar.