Zelenski Trampın sazişindən niyə imtina etdiyini açıqladı
Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı investorlarla mineral ehtiyatların işlənməsinə dair sazişi imzalamaqdan imtina etməsinin səbəbini açıqlayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə danışan Ukrayna lideri sözügedən sazişin Ukraynanın maraqlarına cavab vermədiyini və ölkənin təhlükəsizliyi üçün kifayət etmədiyini bildirib.
Zelenski vurğulayıb ki, aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılana qədər sazişi imzalamamaq barədə nazirlərə tapşırıq verib.