Keçmiş baş nazirin başına yumurta çırpdılar – Video
Gürcüstanın müxalif “Gürcüstan uğrunda” partiyasının lideri, keçmiş baş nazir Giorgi Qaxariya Tbilisi hava limanında yumurta atəşinə tutulub.
Tacxeber.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
O, Münhen Təhlükəsizlik Konfransından qayıtdıqdan sonra hücuma məruz qalıb.
Yayılan videoda Qaxariyanın “xarici agent” və “vətən xaini” adlandırıldığı görünür. Siyasətçinin əleyhdarları onu “USAID layihələrini dayandırdığı üçün artıq Avropada dilənçilik etməkdə” ittiham ediblər. “Gürcüstan uğrunda” partiyası hadisə yerində olan polis əməkdaşlarını hadisəyə müdaxilə etmədiyi üçün günahlandırıb.