“Ateistəmsə, ateistliyimi açıq şəkildə deyəcək qədər cəsarətli insanam” – İlahiyyatçı Elşad Miri

“Hər hansısa iddianı ciddiyə alıb, cavab vermək insanın özünə bir az mənfi təsir edə bilər. Kimsə iddia edir ki, Elşad Miri ateistdir, amma özünü ilahiyyatçı kimi qələmə verir. Bunu iddia edən adam, həqiqətən, Elşadı tanımayan insandır. Elşad ateistdirsə, ateistliyini açıq şəkildə deyəcək qədər cəsarətli insandır.
Elşad deist, yaxud aqnostikdirsə, bunu da rahatlıqla ifadə edə biləcək cəsarətin sahibi olan bir şəxsdir. Hazırda bu qədər mövcud olan dindarları və ya dini darları, din xadimlərini qarşısına qoyub “Quran” həqiqətlərini insanlara çatdırırsa, heç vaxt heç kimin demədiyi vaxtlarda da bunları deyibsə, deyirsə və deməyə davam edirsə, deməli, Elşad sözündə bütöv adamdır. Özümü gizlədim? Bu, absurd olar.
Ümumiyyətlə, özünü gizlədən bir insan özünü niyə açıqlasın? Əksinə, mənim gətirdiyim məsələ insanları ateizmə, deizmə, aqnostizmə səsləyən, aparan, dinsizliyə gətirib çıxaran iddiaların, səhv “Quran” tərcümələrinin, yanlışların aradan qaldırılması ilə bağlıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.