Azərbaycanlı iş adamı Polşada müəmmalı şəkildə YOXA ÇIXDI – Şərikli biznes qurubmuş
Azərbaycanlı iş adamı Rauf Bakıyev Polşada müəmmalı şəkildə yoxa çıxıb. Onun əmisi oğlu Rabit Bakıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Rauf Bakıyev on gündür ki, tapılmır:
“Milliyətcə azərbaycanlıyıq, amma Gürcüstan vətəndaşıyıq. Əmioğlu Polşanın Kostrzyn şəhərində yaşayır, orada dönərxana sahibi idi. On gün əvvəl saat 20:00-da bacısı oğlunun yanına gedib, yemək yeyib, sonra evə gəlib. Daha sonra bacısı oğlu zəng edib ki, gəl, bizi də apar, lakin işi olduğunu bildirib, getməyib. Onlar da gəlib Raufu evdə tapmayıblar. Səhərə qədər gözləyiblər, nə zəng çatıb, nə də evə gəlib. Nəhayət polisə müraciət ediblər. Hələ də gözləyirik, amma bizə heç bir məlumat verilmir”.
Rabit Bakıyev deyib ki, itkin düşmüş qohumu üç ildən çoxdur ki, Polşada yaşayır:
“Əvvəlcə düşündük ki, bəlkə kiminləsə ədavəti olub, ona görə başına belə bir iş gəlib. Lakin onu tanıyan hamı ilə söhbət etdik, araşdırma apardıq və aydın oldu ki, heç kimlə problemi olmayıb. Bu baxımdan, şübhələnəcəyimiz kimsə yoxdur”.
Onun sözlərinə görə, Rauf Bakıyevin şəriki də olub: