“Maşallah, sənin də yumruğun yaxşıdır” – VİDEO
Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndinə səfər edib və burada sakinlərlə görüşüb.
Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, sakinlərlə görüş zamanı maraqlı və olduqca səmimi anlar yaşanıb.
Belə ki, sakinlərdən biri dövlət başçısını salamlayaraq, “Allah Sizi qorusun. Ali Baş Komandan, “dəmir yumruq” buradadır” deyib.