Şolts Trampı Zelenski haqda dediklərinə görə TƏNQİD ETDİ
Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampı Ukraynalı həmkarı Volodimir Zelenski haqqında dediyi sözlərə görə tənqid edib.
Tacxeber.com xəbər verir ki, Şolts bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Zelenskinin demokratik legitimliyini inkar etmək yanlış və təhlükəli qərarlıdır.
Müharibə şəraitində müntəzəm seçkilərin keçirilə bilməməsi Ukrayna Konstitusiyasının və seçki qanunlarının tələblərinə uyğundur. Heç kim fərqli bir şey düşünməməlidir”, – Almaniya kansleri qeyd edib.