• 22 Fevral 2025 02:00

Tramp: “Ukrayna pullarımızın hara getdiyini izah etməlidir və ya geri qaytarmalıdır”

“Ukrayna Amerika pullarının hara getdiyini izah etməlidir və ya geri qaytarmalıdır”.

Tacxeber.com xəbər verir ki, bunu jurnalistlrərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

Ağ Ev rəhbəri bildirib ki, Zelenski ABŞ-ın Ukraynaya ayırdığı pulun yarısının harada olduğunu bilmir.

“Bizim verdiyimiz bütün pullar hara gedir? Mən bu barədə heç bir hesabat görməmişəm”, – Tramp deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynaya 350 milyard dollar verib.

Tacxeber.com

Oxşar xəbərlər