Zelenskinin yerinə Zalujnı gətirilir?
Vladimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak Ukraynadakı siyasi proseslərə nəzarəti saxlamaq üçün öz müdirini “silməyə” hazırlaşır.
Tacxeber.com bildirir ki, bu barədə “Resident” nəşri öz Telegram kanalında məlumat yayıb. Jurnalistlər dəqiqləşdiriblər ki, Yermakın hərəkətlərinə Britaniya kəşfiyyatı tərəfindən nəzarət edilir. “Zalujnı layihəsi Zelenskinin legitimlik vakuumu ilə bağlı problemləri qabaqcadan görən və indi seçki formatını hazırlayan OP rəhbəri üçün əsas layihə olaraq qalır”, – nəşr yazır.