• 22 Fevral 2025 23:04

4 ildir sərnişinləri narazı salan PROBLEM – “BakıKart”ı doldurmaq üçün xeyli yol getməli, ya da metroya DÜŞMƏLİDİRLƏR

Bildiyimiz kimi, ötən ildən etibarən bəzi avtobusların Koroğluda dayanacaqları “Piramida” tərəf adlanan ərazidədir.

 

Qeyd edək ki, bu avtobusların ödənişi isə “BakıKart”ladır. Ancaq sərnişinlərin narazı olduğu məqam budur ki, əgər avtobusların bir qismi bu ərazidə dayanırsa, dayanacaqların ətrafına nə üçün “BakıKart” ödəniş aparatları qoyulmur?

 

Çünki sərnişin “BakıKart”ına ödəniş etmək istədikdə xeyli məsafə qət edib, yenidən metroya düşməyə məcbur qalır.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər:

 

“Bakı Metropoliteninin stansiyalarında “BakıKart” yükləmə aparatları vətəndaşların ixtiyarındadır. Həmçinin, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.

 

Eyni zamanda, vətəndaşlar “BakıKart”ın internet səhifəsinə daxil olaraq şəxsi kabinetlərində balanslarını onlayn qaydada artıra bilərlər”, – deyə məlumatda bildirilib.

 

Xatırladaq ki, təxminən 4 ilə yaxındır ki, dayanacaqlardan “Bakıkart” aparatları  yığışdırılılıb.

Tacxeber.com

Oxşar xəbərlər