Alimlər: Davamlı yuxu rejimi erkən ölüm riskini azaldır
Britaniya alimləri müəyyən ediblər ki, ciddi yuxu rejimi təhlükəli xəstəliklərin inkişafı və vaxtından əvvəl ölüm ehtimalını 48% azalda bilər.
Tacxeber.com xəbər verir ki, bu barədə “BBC Science Focus” məlumat yayıb.
Tədqiqatda 61 000-dən çox iştirakçının məlumatlarından istifadə edilib. Bir neçə il ərzində elm adamları alqoritmlər və xüsusi cihazlardan istifadə edərək subyektlərin yuxu rejimini təhlil edib, həmçinin ölüm nisbətlərini izləyiblər. Nəticələr göstərib ki, gecə yeddi-səkkiz saat yatan, lakin hər dəfə müxtəlif vaxtlarda yatıb oyanan insanlarda insult və ürək-damar xəstəlikləri daha çox olur.