• 22 Fevral 2025 21:10

Argentina prezidenti İlon Maska görün nə hədiyyə edib

Argentina prezidenti Xavyer Miley Vaşinqtonda keçirilən konfransda İlon Maska bürokratiyaya qarşı mübarizəni simvolizə edən motorlu mişar hədiyyə edib.

 

Tacxeber.com xəbər verir ki, səhnəyə “Amerikanı yenidən möhtəşəm et” yazısı olan papaqla çıxan Mask çıxış edərkən qeyd edib ki, Miley ona hədiyyəsi var. Bundan sonra Argentina prezidenti ona üzərinə “Viva la libertad, carajo!” (“Yaşasın azadlıq, …!”) yazılmış motorlu mişarı hədiyyə edib.

 

Mask hədiyyəni həvəslə qəbul edib və ona belə şərh verib: “Bu, bürokratiya üçün mişardır”.

 

Daha sonra o, X sosial şəbəkəsindəki profil şəklini yeniləyərək əlində mişar tutmuş şəklini paylaşıb.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər