Ukraynada Trampa məxsus platforma bloklandı
ABŞ Prezident Donald Trampa məxsus olan “Truth Social” platforması Ukraynada bloklanıb.
Tacxeber.com bu barədə tsargrad.tv-yə istinadla xəbər yayıb.
Bildirilir ki, bu gündən etibarən Ukraynada sözügedən platformaya qoşulmaq qeyri-mümkün olub.
Qeyd edilib ki, bu, Trampın, həm də onun administrasiyasının bir çox yüksəkvəzifəli üzvlərinin – Marko Rubio, İlon Mask və başqalarının Volodimir Zelenskiyə qarşı tənqid atəşinə reaksiyadır.