Şimali Koreya ABŞ-yə xəbərdarlıq etdi: Cavab verəcəyik!
Şimali Koreya Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri “Düşmənlərin strateji təhdidlərinə strateji vasitələrlə cavab verəcəyik” başlıqlı bəyanat yayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra ABŞ və onun peyklərinin hərbi təxribatları daha da güclənib və bu, KXDR-nin təhlükəsizlik mühitinə ciddi təhdid yaradır.
ABŞ-nin nümayişkaranə xarakter daşıyan hərbi fəaliyyətləri mövcud administrasiyanın dəyişməz hegemonist ambisiyalarını açıq şəkildə göstərir.
ABŞ-nin bizim dövlətimiz ətrafında həyata keçirdiyi təxribat xarakterli hərbi fəaliyyətlər cari ilin cəmi iki ayı ərzində qlobal sülh və təhlükəsizliklə bağlı narahatlığı artıran real təhdid mənbəyinin harada olduğunu açıq şəkildə sübut edir. Biz ABŞ-nin tipik təkəbbürünü, həyasız və quldur məntiqinə əsaslanan ikili standartlarını heç cür qəbul edə bilmərik.