Bakıda dostların faciəvi ölümü ilə bağlı SENSASİYA – “Mümkünsüzdür, kimsə elə bil…”
Bakının Sabunçu rayonunda məclis quran dörd dostun zəhərlənmə səbəbindən həyatını itirməsi ötən il paytaxtdakı otellərdən birində bənzər formada ölən dostlarla bağlı məsələni gündəmə gətirib. Belə ki, Sabunçudakı hadisədə şəxslərin spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, dostlar bir yerdə texniki spirt qəbul ediblər.
Xatırladaq ki, ötən il mayın 6-da Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” otelində dörd nəfərin viskidən zəhərləndiyi iddia edilmişdi. Sözügedən faciəvi faktlar spirtli içkilərdən zəhərlənmə halları ilə bağlı müzakirələrə səbəb olub.
Alkoqollu içkilər hansı hallarda ölümə yol açır?