Kadırovdan Stalinlə bağlı SENSASİON PAYLAŞIM – “Lənətlənmiş, cinayətkar…”
Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçen və İnquş xalqlarının deportasiyasının ildönümü ilə bağlı paylaşım edib.
Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, Kadırov paylaşımda Sovet İttifaqının ikinci lideri olan İosif Stalini “lənətlənmiş” və “cinayətkar” adlandırıb.
“Bu gün Çeçen xalqının tarixində faciəli bir gündür. 1944-cü il fevralın 23-də lənətlənmiş İosif Stalinin qeyri-insani əmri ilə çeçenlər və inquşlar zorla Sibirə və Orta Asiyaya sürgün edildi. “Mərcimək” (Çeçevitsa) adlanan əməliyyata Lavrenti Beriya rəhbərlik edib.