• 24 Fevral 2025 19:23

Lavrov: İstanbul danışıqları Ukrayna üçün əsas götürülə bilər

“Rusiya-Ukrayna ilə bağlı onu deyə bilərəm ki, biz mövqeyimizi dəyişməmişik. Zelenski isə tez-tez mövqeyini dəyişir. Onların fikirləri tez-tez dəyişə bilər. Bu mənada ABŞ-nin mövqeyi ortaya çıxır, ABŞ-nin baxışı tutarlıdır. Qarşı tərəfin bəzi xahişlərini ciddiyə almırıq”.

 

Tacxeber.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada nazir Hakan Fidanla birgə mətbuat konfransında deyib.

 

Lavrov əlavə edib ki, hamı ilə danışıqlara hazırdırlar: “Bu müharibə yalnız o zaman dayanacaq ki, biz bu münaqişələrdən qəti nəticə çıxaraq, yəni Rusiya tərəfini qane edən nəticə əldə olunsun”.

 

Ukrayna böhranında Ankaranın rolundan danışan Lavrov deyib ki, İstanbul danışıqları Ukrayna münaqişəsinin həlli üçün əsas götürülə bilər: “Putin dəfələrlə deyib ki, biz İstanbulda olmuşuq və sazişlər imzalanmağa az qalmışdı. Ukrayna nümayəndəliyi “Bəli, biz 3 il əvvəl imzalamağa hazır idik, amma İngiltərə bizə qadağa qoydu”-deyə izah etdi. ABŞ ilə danışıqlara gəlincə, biz Ər-Riyaddakı danışıqlardan sonra aşağıdakı razılığa gəldik. Biz razılaşdıq ki, dialoq kanallarımız açıq olsun”.

 

Məsələ ilə bağlı Ankaranın rolunu açıqlayan Hakan Fidan deyib ki, ABŞ və Rusiya arasında son danışıqlarda gündəmdə olan təhlükəsizlik məsələsi yaxından izlədikləri bir məsələdir. “İndi burada hansı mənzərənin ortaya çıxacağına bu məsələ ilə bağlı texniki hazırlıq işləri görüləndən sonra prezidentimiz qərar verəcək. Türkiyə sürətləndirici rolunu oynayır. Məqsədimiz müharibəni mümkün qədər tez dayandırmaqdır”, – Hakan Fidan deyib.

Tacxeber.com

Oxşar xəbərlər