“Terminator” artıq qorunmağa ehtiyac duyur – Şvartseneggerin bu görüntüsü gündəm oldu – VİDEO
Məşhur aktyor və keçmiş Kaliforniya qubernatoru Arnold Şvartsenegger bu səhər Nyu-Yorkda beş mühafizəçi müşayiəti ilə görüntülənib. Xarici medianın yaydığı görüntülərdə bir vaxtlar ekranlarda güc simvolu olan “Terminator”un indi yavaş addımlarla, bir qədər enerjisiz və yaşlanmış halda hərəkət etdiyi diqqət çəkib.
Məşhur aktyor şəhərdə yeni filminin çəkiliş meydançasına gedərkən lentə alınıb. Əynində isə bayram temalı sviter olması izləyiciləri təəccübləndirib – bir vaxtlar polad sinəsi ilə düşmənlərini məhv edən “Terminator” indi daha çox yeni il babasına bənzəyirdi.
Sosial mediada yayılan videoya izləyicilər maraqlı şərhlər yazıblar:
“Terminator indi öz təhlükəsizliyi üçün beş mühafizəçi ilə gəzir? Haradadır o köhnə güc?”
“Bu, “Qocalmış Terminator: Geri Qayıdış” filminin çəkilişləridir?”