• 24 Fevral 2025 19:07

Tramp Dudanı 1.5 saat qapıda gözlətdi: 10 dəqiqəlik görüş üçün – VİDEO

ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Anjey Dudanı Ağ Evdə 10 dəqiqəlik planlaşdırılmış görüş üçün 1,5 saat qapıda gözlədib.

 

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən əvvəl Ağ Evin təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülər Polşa ictimaiyyətində geniş rezonans doğurub.

 

Bəzi dairələr bu anları “faciəvi” hal kimi qiymətləndirib və ölkənin imicinə zərbə vurduğunu iddia ediblər. Eyni zamanda, Duda ölkə daxilində sərt tənqidlərə məruz qalıb.

 

Buna baxmayaraq, Ağ Evin rəsmi X sosial media hesabında yayımlanan açıqlamada Tramp və Dudanın ABŞ ilə Polşa arasında mövcud olan “sıx ittifaq”ı bir daha təsdiqlədiyi vurğulanıb.

 

Tramp görüş zamanı Anjey Dudanı “böyük insan və böyük dost” kimi xarakterizə edib və onu Polşanın müdafiə xərclərini artırdığı üçün tərifləyib.


Tacxeber.com

Oxşar xəbərlər