• 24 Fevral 2025 19:44

“Universitetlər distanta keçib, məktəblərdə dərs var, nazirlik bunu tənzimləməli idi”-EKSPERT 

“Bugünkü günə uyğun məktəblərlə bağlı verilən qərar mənə görə doğru deyil. Çünki məktəbəqədər və ümumtəhsil müəssisələri üzrə ən azı nəzərə alınıb, dərsləri distans formada keçirtmək olardı.

 

Çünki istər paytaxt olsun, istərsə də respublikanın bəzi bölgələrində məhz qar yağması nəticəsində müəyyən çətinliklər yaranıb. İndi ola bilər bəlkə də bölgələrdə şagirdlər məktəbə yaxın olduğu üçün dərsə davamiyyətlərində bir o qədər də sıxıntı olmaz. Amma paytaxt məktəblərində yolların buz bağlaması artıq hansısa təhlükəli halların olmasına zəmin yaradır. Bir çox valideynlər övladlarını nəinki yaxın, uzaq məsafədə olan məktəblərə qeydiyyata aldırırlar. Əgər hərəkətsizlik olarsa onlar övladlarını dərsə necə çatdıracaqlar? Təbii ki, belə halda mən belə düşünürəm ki, davamiyyət olduqca aşağı düşəcək. Bu günləri ən azı təhsil distant olmalı idi”

Bunu Moderator.az-a açıqlamasında Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib. O daha sonra əlavə edib:

 

“Məktəblilər dərsə getmədiyi halda dərsdən qalan həmin o şagirdlər olacaq. Bir auditoriyada 25-30 şagird varsa, onun təxminən tən yarısı, bəlkə də tən yarısından azı məktəbə gedəcək. Qalanı isə getməyəcək. Xüsusilə də səhər növbəsi. Günorta növbəsində bəlkə hava bir az yumşalar, yollar açılar, müəyyən qədər davamiyyət arta bilər. Amma səhər növbəsi yolların buz bağlaması səbəbindən ola bilsin ki, davamiyyətə ciddi təsir edəcək. Əgər ali təhsil müəssisələri distant təhsilə keçirlərsə, halbuki mənim fikrimcə tələbələr özlərini idarə edə bilirlər, universitetə rahat gedib-gələ bilərlər. Amma faktiki olaraq ali təhsil müəssisələri mövcud durumu gözə alaraq belə qərar verirsə, Məktəbəqədər Ümumtəhsil üzrə Dövlət Agentliyi də bu qərarı almalı idi. Elm və Təhsil Nazirliyi bu qərarı almalı idi ki, məktəblərdə ən azı həftənin 1-ci və 2-ci günü dərslər təxirə salınsın. Necə ki, qardaş ölkə Türkiyədə məhz qar yağması səbəbindən müxtəlif bölgələrdə bu qərara alınıb. Bizdə də olmalı idi” deyə ekspert bildirib.

Tacxeber.com

Oxşar xəbərlər