Zelenski: Biz Ərdoğana güvənməliyik!
Ukrayna Türkiyənin təhlükəsizlik zəmanətlərinə inanmalıdır.
Tacxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Əgər təhlükəsizlik zəmanətlərindən danışsaq, mən həmkarlarıma demişəm ki, Türkiyəyə və Türkiyə prezidentinə etibar etməliyik. Niyə? Çünki çox vacibdir. Gəlin görək, kim birlik üçün real şəkildə dəstək verməyə hazır olacaq”, – Zelenski qeyd edib.
O əlavə edib ki, mümkün hərbi mövcudluğunu nəzərə alaraq Türkiyəyə etibar edilməlidir.