Paşinyanın arvadı erməni diplomatları təhqir etdi – Ermənistan XİN susdu
Ermənistan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın ermənistanlı diplomatlara ünvanladığı təhqiramiz ifadələri şərh etməkdən imtina edib.
Tacxeber.com bu barədə “Sputnik Armenia”ya istinadən xəbər verir.
Ermənistan XİN-dən verilən açıqlamada qeyd olunub ki, istənilən sorğuya yalnız qaldırılan mövzunu və sitatları təsdiqləyən ilkin mənbə olduqda cavab verilə bilər.
Xatırladaq ki, fevralın 11-də A.Akopyan sosial şəbəkələrdə erməni diplomatları özlərinə əmin olmayan və nə edəcəklərini bilməyən kompleksli insanlar kimi təsvir edib.