Sosial mediada izlənmə rekordu: Tramp Maskın ayaqlarını öpdü – VİDEO
ABŞ Prezidenti Donald Trampın texnologiya milyarderi Elon Maskın ayaqlarını öpdüyü saxta video sosial mediada böyük marağa səbəb olub.
Tacxeber.com-ın əldə etdiyi məlumata əsasən, süni intellekt tərəfindən yaradılan bu videoda Trampın Maskın çılpaq ayaq barmaqlarını öpdüyü və ayaqlarına masaj etdiyi göstərilir.
Videonun üzərində böyük hərflərlə “GERÇƏK KRAL, ÇOX YAŞA” ifadəsi yazılıb. Bu görüntü ABŞ Bina və Şəhərsalma Nazirliyinin (HUD) Vaşinqtondakı binasında icazəsiz olaraq yayımlandıqdan sonra internetdə sürətlə yayılıb. Sosial media paylaşımları saatlar ərzində 6,4 milyondan çox izlənmə toplayıb.