• 07 İyun 2025 22:42

Zelenski: 40-dan çox dövlət və təşkilat lideri Ukraynaya dəstəyini təsdiqləyib

 Zelenski: 40-dan çox dövlət və təşkilat lideri Ukraynaya dəstəyini təsdiqləyib
Paylaş

40-dan çox dövlət, qurum və beynəlxalq təşkilat rəhbəri Ukrayna və ukraynalıları dəstək ifadə ediblər.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya dəstək sammitindən sonra “X” sosial şəbəkəsində yazıb.

 

O qeyd edib ki, Ukraynaya dəstək sammitində yeni yardım paketləri açıqlanıb. “Silahlar, hava hücumundan müdafiə sistemləri, maliyyə və humanitar yardımlar, müdafiə istehsalına investisiyalar və Rusiyaya qarşı sanksiyalar. Azadlığa dəyər verən hər kəslə birliyimiz sarsılmaz olaraq qalır”, – Ukrayna lideri vurğulayıb.

 

Zelenskinin sözlərinə görə, Ukraynaya dəstək davam edəcək: “Biz birlikdə Ukraynada əsl sülhün bərpa olunacağı günü yaxınlaşdırırıq. Ukraynanı və xalqımızı dəstəkləyən hər kəsə təşəkkür edirik”.

 

Xatırladaq ki, fevralın 24-də bir sıra Qərb dövlətlərinin və Avropa İttifaqının liderləri Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümündə başlayan Ukraynaya dəstək sammitində iştirak üçün Kiyevə gəlib.(Report)

Tacxeber.com

Oxşar xəbərlər