• 26 Fevral 2025 19:56

ABŞ-yə köçmək istəyənlərə müjdə: 5 milyonluq kart veriləcək

ABŞ iki həftədən sonra Amerikada yaşamaq və işləmək hüququ verən, o cümlədən vətəndaşlıq əldə etməyə yol açan “qızıl kart”ların satışına başlayacaq. 

 

Tacxeber.com xəbər verir ki, bunu prezident Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, qızıl kartın dəyəri təxminən beş milyon dollar olacaq.

 

“Biz “qızıl kart” satacağıq. Sizin “yaşıl kart”ınız var. Bu qızıl kartdır. Biz o karta təxminən beş milyon dollarlıq qiymət qoyacağıq. Bu sizə “yaşıl kart”ın üstünlüklərini verəcək. Üstəlik bu, vətəndaşlığa aparan yol olacaq. Zəngin insanlar ölkəmizə gəlib o kartı alacaqlar”, – Tramp qeyd edib.

 

Tramp milyonlarla kartın satılacağını gözləyir. “Hüquqi nöqteyi-nəzərdən bu, tamamilə qanunidir”, – o vurğulayıb.

 

Rusiyalı oliqarxlara “qızıl kart”ları satmağa razı olub-olmayacağı ilə bağlı suala Tramp belə cavab verib: “Bəli, ola bilər. Mən çox gözəl insanlar olan bəzi rus oliqarxlarını tanıyıram”.

Tacxeber.com

Oxşar xəbərlər