• 26 Fevral 2025 21:44

Tramp: Ukrayna ilə müqavilə 1 trilyon dollara çata bilər

ABŞ-nin Ukrayna ilə nadir metallara dair müqaviləsi 1 trilyon dollar dəyərində ola bilər. 

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə  açıqlamasnda deyib.

 

“Bu, çox böyük bir razılaşmadır. Bu, 1 trilyon dollarlıq bir razılaşma ola bilər”, – Tramp deyib.

 

O əlavə edib ki, Ukraynaya 350 milyard dollar xərcləyiblər: “Avropa pulunu geri alacaq, çünki onlar onu borc kimi göndəriblər və biz onlara sadəcə 300 və ya 350 milyard vermişik, bunu heç kim bilmir. Bu suala belə cavab verə bilmirlər, amma çox güman ki, bu məbləğ daha çoxdur. İndi biz o pulu geri almaq istədiyimizi deyirik. Biz bu ölkəyə çox böyük bir problemin həllində kömək etdik. İndi amerikalı vergi ödəyicisi pullarını geri almağa hazırlaşır”, – ABŞ prezidenti bildirib.

 

Tramp etiraf edib ki, Volodimir Zelenski müqaviləni imzalamaq üçün fevralın 28-də Vaşinqtona getməyi planlaşdırır.

 

Müqavilə imzalandıqdan sonrakı mərhələ haqqında danışan Tramp deyib ki, Avropa ölkələri Ukraynanın müdafiəsinə görə məsuliyyət daşıyacaqlar.

 

“Düşünmürəm ki, Ukraynanın təhlükəsizlik təminatında problem olacaq, çoxları buna qoşulmaq istəyir”, – Tramp vurğulayıb.

 

O eyni zamanda əlavə edib ki, bu məsələni  Rusiya ilə danışıb: “Düşünürəm ki, onlar bunu başa düşürlər”.

 

Ukraynaya sülhməramlıların yerləşdirilməsinə gəldikdə isə Tramp deyib ki, bütün tərəflərə uyğun sülhməramlı kontingent yerləşdirilməlidir. “Bizim  hər kəs üçün məqbul hesab ediləcək sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyacımız var”, – Tramp əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər