Ukrayna rəsmiləri bildirir ki, Ukrayna və ABŞ iqtisadi çərçivə sazişi üzərində razılaşıblar

Ukraynanın üç yüksək rütbəli rəsmisi çərşənbə axşamı bildirib ki, Ukrayna və Birləşmiş Ştatlar Ukraynanın nadir torpaq minerallarına çıxışı da əhatə edən geniş iqtisadi çərçivə sazişi ilə bağlı razılığa gəliblər.
Məsələ ilə yaxından tanış olan rəsmilər ictimaiyyət qarşısında çıxış etmək səlahiyyətləri olmadığı üçün adlarının anonim qalması şərti ilə danışıb. Onlardan biri deyib ki, Kyiv sazişin imzalanmasının Ukraynanın təcili ehtiyac duyduğu ABŞ-ın hərbi dəstəyinin davamlı axını təmin edəcəyinə ümid edir.
Oval ofisdə jurnalistlərə danışan prezident Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin gələcəyini eşitdiyini deyib və əlavə edib ki, “o istərsə, mənim üçün problem deyil və o, mənimlə birlikdə imzalamaq istəyər.”
Ukrayna rəsmilərindən birinin sözlərinə görə, saziş cümə günü imzalana bilər və Zelenskinin Trampla görüşmək üçün Vaşinqtona səfəri planlaşdırılır.
Bir digər rəsmi deyib ki, razılaşma Zelenski və Trampa Ukraynaya davamlı hərbi yardımı müzakirə etməyə imkanı verəcək ki, Kyiv məhz buna görə sazişi yekunlaşdırmağa istəklidir.
Tramp bunu “çox böyük bir iş” adlandıraraq, bunun 1 trilyon dollar dəyərində ola biləcəyini əlavə edib. “Hər şey ola bilər, amma nadir torpaqlar və başqa şeylərdir.”
Ukraynalı rəsmilərdən birinin sözlərinə görə, bəzi texniki detallar üzərində hələ işləmənməlidir. Lakin, layihədə Tramp administrasiyasının Ukraynanın nadir torpaq minerallarından 500 milyard dollarlıq gəliri Kyivə müharibə zamanı yardımına görə kompensasiya kimi ABŞ-a verilməsi ilə bağlı mübahisəli təklifi yer almayıb.
Bunun əvəzinə, ABŞ və Ukrayna ortaq fonda sahib olacaqlar və Ukrayna gələcəkdə dövlətə məxsus ehtiyatlardan, o cümlədən minerallar, neft və qazdan gələcək gəlirlərin 50 faizini ora köçürəcək. Bir rəsmi sövdələşmənin daha yaxşı investisiya şərtlərinin olduğunu, digəri isə Kyivin əlverişli düzəlişlərin olmasını təmin etdiyini və nəticəni “müsbət” hesab etdiyini söyləyib.
Anaq müqaviləyə təhlükəsizlik zəmanətləri daxil deyil. Rəsmilərdən biri deyib ki, iki prezident bunu görüşəndə müzakirə etməli olacaq. (Amerikaninsesi)