62 ildən sonra İLK DƏFƏ: Qadınlar kosmoka uçacaqlar, siyahıda dünya ulduzu da var – FOTO
“New Shepard” kosmik gəmisinin növbəti heyətinə amerikalı müğənni Keti Perri daxil olacaq.
Tacxeber.com xəbər verir ki, bu barədə “Blue Origin” məlumat yayıb.
Məlumata görə, uçuş missiya tarixində unikal olacaq, çünki onun bütün iştirakçıları qadınlardır.
Ekipaj üzvləri arasında Keti Perridən başqa jurnalist və Ceff Bezosun (“Amazon” şirkətinin qurucusu, milyarder) nişanlısı Loren Sançez, teleaparıcı Qeyl Kinq, NASA-nın keçmiş raket alimi Aişa Bou, bioastronavtika üzrə alim Amanda Nquyen və prodüser Keriann Flin də var.
Bu, Valentina Tereshkovanın kosmosa getdiyi 1963-cü ildən bəri ilk qadın kosmos uçuşu olacaq.