Dürdanə Əliyevaya güzəşt olmadı – Son qərar
Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilmiş şöbə müdiri Dürdanə Əliyevanın kassasiya şikayətinə baxılıb.
Tacxeber.com-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Ali Məhkəmə D.Əliyeva barəsində son qərarını açıqlayıb.
Məhkəmə xanım müttəhimin cinayətinə münasibətdə çıxarılmış əvvəlki qərarı qanunauyğun hesab edib. Bu əsasla hər hansı güzəşt tətbiq edilməyib.
Yekun qərarla Dürdanə Əliyeva haqda 6 il həbs cəzası qüvvədə saxlanılıb.