• 28 Fevral 2025 03:00

“Adam bilmir qəzəblənsin, yoxsa gülsün”. – Pənah Hüseyn “xəyanət” QALMAQALI haqqında

 

Bir az əvvəl dostlardan biri bu yaxınlarda Rəhim Qazıyevin Azərfreedom yutub kanalında 1992- ci ildə o dövrdə Azərbaycan Parlamentinin sədri İsa Qəmbərin güya bir qrup ermən deputatı tərəfindən Azərbaycan – Ermənistan arasındakı münaqişəni dinc yolla nizamlamaq məqsədli yazılı müraciətini deputatlardan və xalqdan gizlətməsi, bu müraciətin sonralar İsa Qəmbərin arxivindən çıxarılaraq Rəhim Qazıyevə ötürülməsi və yalnız bundan sonra ölkənin və vətəndaşların bu “xəyanətdən” xəbər tutması, əgər bu müraciət o vaxt parlamentə və ictimaiyyətə açıqlanardısa tarixin başqa cür olacağı haqqında çıxışını, əlavə olaraq bu məsələyə kanalın aparıcısı Q. Məmmədovun bü faktın Elçibəy komandasına daxil olan vəzifəli şəxlərin qaranlıq əməllərinə və şübhəli əlaqələrinə növbəti bir dəlil olması məzmununda şərhini göndərib sual verdi ki, bu nədir?

Adam bilmir qəzəblənsin, yoxsa gülsün.

Neçə il bundan əvvəl elə Qurban Məmmədovun kanalında, ondan da əvvəl “Xural”da və “Yeni Musavat”da R. Qazıyevlə debatlarda mən bu məsələyə aydınlıq gətirib əlavə hər hansı bir suala yer qoymayan sübutu da əyani nümayiş etdirərək demişdim ki, Rəhim Qazıyev bir çox digər məsələlərdə olduğu kimi sadəcə YALAN DANIŞIR, BÖHTAN ATIR.

Və hər şeydən əvvəl gərək insanlar da fərqində olsunlar ki, indi ölkənin və dünyanın bu qədər aktual problemləri içərisində olduğu, bu problemlərlə çarpışdığı bir məqamda bu tipli nimdaş, çeynənmiş, və üstəlik saxta, əsli olmayan mövzunu gündəmə gətirib ictimai diqqəti, rəyi, belə şeylərlə məşğul edib aktual problemlərdən, mövzulardan yayıdırmaq, sapdırmaq çaşdırmaq lazımdırmı və edilirsə nəyə, kimlərə lazımdır.

Bir daha Bleyan və onun gətirdiyi müraciətlə bağlı spekulyasiyaları qapatmaq üçün ağlı başında olan hər bir kəsə yetərli olan sübutu da dərc edirəm.
… 5 noyabr 1992- ci il tarixdə, Bleyanın Bakıda olduğu vaxtda, Parlamentin spikeri İsa Qəmbər Parlamentin iclasında çıxış edərək söz gedən məsələ və sənəd haqqında deputatlara məlumat vermiş, deputatlar, parlamentin iclasında iştirak edən media nümayəndələri və digər şəxslər, səhəri gün də müvafiq məlumat rəsmi dövlət qəzeti “Azərbaycan” qəzətində dərc edilərək bütün ölkə və dünya ictimaiyyəti bir qrup Ermənistan parlamenti üzvlərinin müraciətilə tanış edilmişdilər.

Və nəhayət Bleyan elə Bakıda olarkən həmin sənəddə imzası olduğu deyilən və ya imzası olan Ermənistan parlamenti üzvləri imzalarından imtina etdikləri barədə Yerevanda açıqlama yaymış və həmin açıqlama Ermənistanın dövlət KİV- də dərc edilib Bakıya da çatmışdı.

Pənah Hüseyn

Tacxeber.com

Oxşar xəbərlər