• 28 Fevral 2025 13:52

Çində “İt dağı”nın görüntüləri gündəm oldu: Milyonlarla baxış sayı topladı- FOTOLAR

Çində uzunluğuna görə dünyanın üçüncü çayı olan Yantszı boyunca yerləşmiş qeyri-adi dağın görüntüləri gündəm olub.

 

Şanxaydan olan dizayner Qo Sinşan Sevgililər Günü tətili zamanı Hubey əyalətinin İçan şəhərində yerləşən dağın fotosunu paylaşıb.

Görünüşünə görə itin başına bənzəyən və “İt dağı” adlanan yerin fotosu qısa müddət ərzində milyonlarla baxış sayı toplayıb.

 

Görüntülərdə bu təbiət mənzərəsi çaydan “su içən” və ya “balığa baxan” itin başını xatırladır.

 

“Bu, o qədər sehrli və şirin idi ki… Bunu kəşf etdiyim zaman çox həyəcanlı və xoşbəxt idim”, – deyə Qo Sinşan bildirib.

Paylaşımdan sonra bir çox sosial şəbəkə istifadəçisi dağın qarşısında çəkdirdikləri fotoları yayımlayaraq, daha əvvəl onun itə bənzədiyinə diqqət etmədiklərini qeyd ediblər. Hətta bəziləri iddia edib ki, dağın forması illər ərzində dəyişib və bu onun sirrini daha da artırır.

 

Hazırda çox sayda turist və yerli əhali buraya şəkil çəkdirməyə gəlir, bəziləri hətta ev heyvanlarını da özləri ilə aparır ki, onları “daş it balası” ilə müqayisə etsinlər. (Oxu.Az)

Oxşar xəbərlər