• 28 Fevral 2025 22:16

M.Seylordan “Bitcoin” tövsiyəsi – “Böyrəyini sat, ‘Bitcoin’i qoru”

Bitcoin”in (“BTC”) qiymətindəki dalğalanmalar investorları narahat etməyə davam edir. Son enişlə birlikdə “BTC” 80 min dolların altına düşüb və bazarda ciddi sarsıntı yaşanıb.

 

 “MicroStrategy”nin qurucusu Maykl Seylor isə investorları ruhlandırmaq üçün diqqətçəkən bir açıqlama verib. Seylor “BTC” qiymətindəki enişlərə baxmayaraq, uzunmüddətli perspektivin qorunmasının vacibliyini vurğulayıb. O, investorlarla zarafat edərək, “Bir böyrəyini sat, ‘Bitcoin’i qoru” ifadəsi ilə “BTC”yə olan inamını bir daha təkrarlayıb.

 

Qeyd edək ki, “Bitcoin”in 80 min dollar həddinin altına düşməsi kriptovalyuta bazarında ciddi itkilərə səbəb olub. Həftəlik 18%-dən çox dəyər itkisi investorların riskə baxışını dəyişib. Likvidlik problemləri, makroiqtisadi qeyri-müəyyənliklər və qlobal ticarət maneələri bazarda təzyiq yaratmağa davam edir.

 

“MicroStrategy”nin “BTC” yatırımları isə şirkətin 8 milyard dollardan çox borcu olduğu üçün riskli hesab olunur. Analitiklər Seylorun yüksək qiymətlərlə “BTC” almağa davam etməsini tənqid edirlər. Şirkətin böyük “BTC” ehtiyatları bazar dalğalanmalarına qarşı həssas vəziyyətdədir. Lakin Seylor, “MicroStrategy”nin “Bitcoin”lərini heç vaxt satmayacağını vurğulayaraq, uzunmüddətli strategiyasını davam etdirəcəyini bildirir.

 

Maykl Seylor “BTC”ni yalnız bir investisiya vasitəsi kimi görmür. O, ötən həftə ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsi ilə görüşündə “BTC”nin strateji ehtiyat kimi qəbul edilməli olduğunu müdafiə edib. Bu görüş, ABŞ-nin kriptovalyuta texnologiyalarına dair tənzimləyici çərçivəsini inkişaf etdirmək üçün atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

 

Amerikalı siyasətçilər və maliyyə ekspertləri “BTC”nin ödəniş sistemlərini təkmilləşdirmək potensialına diqqət çəkirlər. Konqres üzvü Den Myuzer “Maliyyə Xidmətləri Komitəsinin ağıllı bir qanun çərçivəsi müəyyənləşdirəcəyini düşünürəm” deyərək bu məsələyə müsbət yanaşdığını bildirib.

 

Seylor, “BTC”nin fərdi azadlıqları və sərbəst bazarı dəstəkləyən bir maliyyə modeli təqdim etdiyini bildirir. Məşhur sahibkar Ceff Bezos ilə keçirdiyi xüsusi görüşdə də “BTC”nin qlobal iqtisadiyyat üzərindəki müsbət təsirlərini vurğulayıb. Seylora görə, “BTC” maliyyə müstəqilliyini gücləndirəcək bir sistem təqdim edir və buna görə uzunmüddətli bir dəyər saxlama vasitəsi kimi qəbul edilməlidir. (Valyuta.az)

 

Tacxeber.com

Oxşar xəbərlər