AZAL-ın bələdçisi Ramzan Kadırovun mükafatından İMTİNA ETDİ
Ramzan Kadırov AZAL-ın qəzaya uğrayan təyyarəsinin sağ qalan əməkdaşları Zülfiqar Əsədov və Aydan Rəhimlini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif etməyə qərar verib.
Maraqlıdır, bələdçilər həmin medalı qəbul edəcəklərmi?
Tacxeber.com xəbər verir ki, Teleqraf-ın əməkdaşı bu sualla bələdçi Zülfiqar Əsədova müraciət edib.
Onun cavabını təqdim edirik:
“Biz uçduğumuz məkana sağ-salamat çatmalı və eniş etməli idik. Şokdayam, hələ də yaşadığımız o hadisədən nəticə çıxara bilmirəm. Niyə belə elədilər?! Bəli, bu haqda məlumatlıyam, Ramzan Kadırov tərəfindən mükafata layiq görülmüşük. Amma mən “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalını qəbul etməyəcəm.