Starmer Zelenskiyə Ukraynaya davamlı yardım vəd edib
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edərək, Londonun Kiyevə ehtiyacı olduğu müddətdə yardım göstərəcəyini vəd edib.
Tacxeber.com xəbər verir ki, bunu Britaniya hökumətinin başçısı Dauninq küçəsi, 10 ünvanında yerləşən iqamətgahında Zelenski ilə danışıqlara başlamazdan əvvəl bildirib.
“Siz Böyük Britaniyadan tam dəstək alırsınız, nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Londonun məqsədi Ukrayna üçün suverenlik və təhlükəsizliyə əsaslanan davamlı sülhə nail olmaqdır”, – o bildirib.
Zelenski isə dəstəyə görə Britaniya xalqına və hökumətinə təşəkkür edib.
Ukrayna lideri həmçinin Böyük Britaniya kralı III Çarlzın görüşə razılıq verməsindən məmnunluğunu ifadə edib.