Trampdan görüş sonrası İLK PAYLAŞIM: “Zelenski bizə hörmətsizlik etdi”
ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirilən gərgin görüşlə bağlı paylaşım edib.
Tacxeber.com ABŞ lideri özünün “Truth” hesabında bunları yazıb:
“Bu gün Ağ Evdə çox mühüm görüş keçirdik. Çox şey öyrəndik. Baş verənlər heyrətamizdir. Mən bu qənaətə gəldim ki, Zelenski ABŞ-nin iştirakı ilə sülhə hazır deyil. O hiss edir ki, bizim iştirakımız danışıqlarda ona böyük üstünlük verir. Mən isə üstünlük yox, sülh istəyirəm.
O, bizə hörmətsizlik etdi. Lakin sülh üçün hazır olanda geri qayıda bilər”.