Zelenski İngiltərə baş naziri ilə görüşdü.
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.
Tacxeber.com “Sky News”a istinadən xəbər verir ki, Kir Starmer Volodimir Zelenskini şəxsən qarşılayıb.
Starmer Ukraynanı sona qədər dəstəkləyəcəklərini bildirib. O, Ukrayna üçün davamlı sülhə nail olmaq üçün qətiyyətli olduqlarını açıqlayıb.
Zelenski göstərdiyi dəstəyə görə, Starmerə və kral III Çarlza təşəkkür edib.
“Biz xoşbəxtik ki, belə tərəfdaşlarımız və belə dostlarımız var” – Ukrayna lideri vurğulayıb.
Qeyd edək ki, Volodimir Zelenskinin martın 2-də III Çarlzala görüşəcəyi gözlənilir. (Teleqraf)