Zelenskidən ilk açıqlama: Trampdan üzr istəməyəcəyəm
“Mən prezidentə hörmət edirəm və Amerika xalqına hörmət edirəm. Düşünmürəm ki, biz səhv bir şey etməmişik”.
Tacxeber.com xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla mübahisədən sonra “Fox News”a müsahibəsində Trampdan üzr istəməyi planlaşdırıb-istəmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.
Tramp və Venslə mübahisəyə görə peşman olub-olmaması ilə bağlı suala gəldikdə Zelenski etiraf edib ki, heç də çox yaxşı olmadı.
Amma o eyni zamanda vurğulayıb ki, onun Trampla münasibəti iki prezident arasındakı münasibətdən yüksək olmalıdır, çünki bu, xalqlarımız arasındakı münasibətlər məsələsidir.
İndi Ağ Evə qayıtmağa hazır olub-olmadığına gəldikdə Zelenski “Xeyr” cavabını verib.
“Mən Trampa və ABŞ xalqına köməyə görə minnətdaram. Siz bizə sağ qalmağımıza kömək etdiniz. ABŞ-ın dəstəyi olmadan bizim üçün çətin olacaq. Ona görə də buradayam”, – Zelenski deyib.