Kriştiano Ronaldo İrana gedə bilmədi – Səbəb
Kriştiano Ronaldo, “Əl-Nəsr”ın “İstiqlal”la oynayacağı Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq. Yenisabah.az xəbər verir ki, Səudiyyə klubunun açıqladığı siyahıya portuqaliyalı hücumçu daxil edilməyib.
Daha əvvəl isə, “Əl-Nəsr” İran təmsilçisi ilə qarşılaşmada Ronaldonun təhlükəsizliyini təmin etmək üçün oyunun neytral məkanda keçirilməsini xahiş etmişdi, amma “İstiqlal” bu təklifi rədd edib.