• 03 Mart 2025 03:34

“Putinin hərbi strategiyasının kökündə Zelenskinin qaçmağı dururdu”  Nahid Cəfərov

Putin, Zelenskini ciddiyə almayaraq, ağır texnika ilə Ukraynaya hücum etdi. Düşündü Zelenski qaçar. Nəticədə Rusiya 600 minə qədər əsgər, saysız hesabsız ağır texnika itirərək Çinin vassalına çevrildi. Hətta Ukrayna əsgəri qarşısında Ş.Koreya əsgərinə möhtac qalacaq səviyyəyə endi. (Bu arada, Azərbaycanda olan Putin propoqandasının qurbanlarına aydın oldu ki, Ukraynada döyüşən Ukrayna əsgərləridir, Amerika deyil). Putinin hərbi strategiyasının kökündə Zelenskinin qaçmağı dururdu.

 

Trampın da “sülh” strategiyasının kökündə Zelenskini alçaldıcı şərtlərə məcbur etmək dayanırmış. Tramp da, Putin kimi, düşünürmüş ki, Zelenski tam ABŞ-dan asılı olan ölkədir. Zelenskini küncə sıxıb, istədiyimi Zelenskidən alıb, Putinə deyərəm ki, müharibəni saxla. Görək Zelenski, Putinin başına açdığı oyunu Trampın da başına aça bilər.

 

Zelenskinin uğur qazanması isə nə ondan, nə Ukrayna xalqından asılıdır. Zelenski və Ukrayna xalqı bacardığından artığını etdilər. İndi hər şey Avropa İttifaqının ortaya qoyacağı qətiyyətdən asılı olacaq. Tramp zəifi əzərək, gücə boyun əyən adamdır. Qarşısında vahid və güclü Avropanı görsə, fələyin çərxi tərsinə dönə bilər. Almaniyadakı seçkilərin nəticəsi buna müəyyən ümid yaradır. Amma, təəssüflər olsun ki, bu ssenarinin baş vermə ehtimalı isə aşağıdır.

 

Nahid Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər