• 04 Mart 2025 03:23

“Qadını xoşbəxt edən kişilərdir”

“Mən xoşbəxtəm, çünki övladım var. Qadına bundan artıq nə lazımdır ki? Sevgi, istək gənclik illərində olur. Amma insan nə qədər bu dünyada yaşayırsa, sevgi də lazımdır. İnsan sevməlidir, xüsusən də qadın. Sevgi hər bir ananın simasıdır. Sevgi olan yerdə mərhəmət olur. Analıq hissi çox güclü olur”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva “Elgizlə izlə” verilişində deyib. O, qadın xoşbəxtliyindən söz açıb.

 

“Qadınlarımız, elə başda mən olmaqla deyirlər ki, mən xoşbəxtəm, çünki gözəl işim var. Düşünürəm ki, qadının ən böyük xoşbəxtliyi onun ailəsidir. Bunu insan müəyyən vaxtdan sonra, müəyyən yaşa çatanda anlayır ki, dünyada ən böyük xoşbəxtlik ailədir. Ailəsiz qadın istəyir dünyanın ən şöhrətli, zəngin qadını olsun, tacsız kraliçaya bənzəyir. Hər bir qadının ailəsi olmalıdır. Qadının ən böyük xoşbəxtliyi onun ailəsi, övladlarıdır. Onda qadın taclı kraliçaya bənzəyir. Və qadını xoşbəxt edən kişilərdir”. (axşam.az)

Tacxeber.com

Oxşar xəbərlər