• 03 Mart 2025 13:20

Xamenei Pezeşkianın ABŞ-la dialoquna İCAZƏ VERMƏYİB?

İran prezidenti Məsud Pezeşkian nüvə sazişi ilə bağlı ABŞ-la dialoqu bərpa etmək niyyətində olub, lakin İslam Respublikasının lideri Ayətullah Əli Xamenei buna qarşı çıxıb.

Tacxeber.com xəbər verir ki, bu barədə İRNA agentliyi Pezeşkianın ölkə parlamentindəki çıxışından sitat gətirib.

“Düşündüm ki, dialoqa girmək daha yaxşıdır, amma Ali Rəhbər dedi ki, biz ABŞ-la danışmayacağıq”, – Pezeşkian deyib.

İran prezidenti bildirib ki, ölkə hakimiyyətinin siyasəti ali rəhbərin mövqeyi ilə uyğun olmalıdır.

Fevralın əvvəlində ayətullah Xamenei ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri ilə İranın nüvə proqramını müzakirə etməkdən imtina edərək, Vaşinqtonla danışıqların “ağılsızlıq” olduğunu qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər