• 04 Mart 2025 11:27

ABŞ bu gündən Kanada və Meksika mallarına rüsumlar tətbiq edəcək

ABŞ administrasiyası martın 4-dən Kanada və Meksikadan idxal olunan məhsullara 25 %-lik gömrük rüsumları tətbiq edəcək.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

“Çox vacibdir ki, sabah Kanadaya 25 %, Meksikaya isə 25 % tariflər tətbiq olunacaq və bu, hələ başlanğıcdır. Ona görə də onlar tarifləri ödəməli olacaqlar. Açığı, onların yeganə variantı ABŞ-də öz avtomobil zavodlarını və digər obyektlərini tikməkdir, bu halda onların tarifləri olmayacaq”, – dövlət başçısı bununla bağlı yayılan xəbərləri təsdiqləyib.(Report)

Tacxeber.com

Oxşar xəbərlər