• 05 Mart 2025 01:06

Pezeşkian istefa ərizəsini Xameneiyə təqdim edib

İran mənbələri xəbər verir ki, Prezident Məsud Pezeşkian istefa ərizəsini ölkənin ali dini lideri Əli Xameneiyə təqdim edib. Lakin Xamenei bu addımı qəti şəkildə rədd edərək deyib ki, prezidentin gedişi İranı həm beynəlxalq ictimaiyyətin, həm də öz xalqının gözündə “zəiflədəcək”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə lent.az yazıb.

 

“Pezeşkianın istefa qərarı ölkədə maliyyə nazirinin işdən çıxarılması və vitse-prezidentin istefası ilə daha da kəskinləşən siyasi böhran fonunda baş verib. Bu hadisələr hökumət daxilində gərginliyi artırıb və ölkənin gələcək kursu ilə bağlı müzakirələrə səbəb olub.

 

Mənbələrin bildirdiyinə görə, Xamenei Pezeşkianın getməsinə icazə verməyəcəyini açıq şəkildə bildirib, çünki bu, rejimin sabitliyinə təhlükə yaradacaq.

 

Ali rəhbər hesab edir ki, İran daxili qeyri-sabitlik və xarici təzyiqlər qarşısında zəiflik nümayiş etdirə bilməz”, – deyə bildirilir.

 

Pezeşkianın Xameneinin mövqeyini qəbul edib prezident vəzifəsinə davam edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır.

Tacxeber.com

Oxşar xəbərlər