• 04 Mart 2025 20:58

Prezidentin töhmət verdiyi Nağıyev kimdir? – DOSYE

Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.

 

Tacxeber.com Agentlik sədrinin dosyesini təqdim edir:

 

F.Nağıyev 22 iyul 1975-ci ildə Bakıda anadan olub. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib.

 

1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.

 

2004–2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006–2009-cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007–2009-cu illərdə “Bakı Dəmir-Beton-8” ASC-də baş direktor vəzifələrində çalışıb.

 

2010–2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə sahib olub. 2014–2017-ci illər ərzində “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb.
6 fevral 2017-ci ildən 21 aprel 2018-ci ilədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.

 

O, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılan Dövlət Turizm Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər